Rusiyadan Bəxtiyar Ersayın Azərbaycandakı təyinatına - Münasibət

Bu gün Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın həftəlik brifinqində erməni jurnalist Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin olunmasına dair təxribat xarakterli sual verib.
Avtosfer.az xəbər verir ki, jurnalist Zaxarovaya “Nəyə görə Rusiya bəzi hallarda postsovet ölkələrinin NATO ilə əməkdaşlığına mənfi reaksiya verdiyi halda, digər hallarda bu əməkdaşlığa göz yummağa üstünlük verir?” sualını ünvanlayıb.
Zaxarova erməni jurnalistin bu məsələ ilə bağlı iradını qəbul etmədiyini deyib:
“Mən sizinlə razılaşmıram, mən tək Azərbaycanda deyil, Ermənistan da daxil olmaqla digər qonşu ölkələrdə də xarici ölkə vətəndaşı olan müşavirlər görürəm. Hər bir ölkənin öz tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var. Lakin bununla belə, bu üçüncü ölkələrə qarşı yönəldilməməli və Cənubi Qafqazda yaranmış qüvvələr balansını pozmamalıdır. Biz bu tezisləri regiondakı tərəfdaşlarımıza çatdırırıq”.
Qafqazinfo
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











