Rusiyadan qaçan “qanuni oğru” AZADLIQDA - FOTO

Rusiya Baş Prokurorluğu tərəfindən ekstradisiyası tələb olunan, kriminal aləmdə Levan Suxumski kimi tanınan “qanun oğru”, 47 yaşlı Levan Abuladze İspaniya həbsxanasından azad edilib.
Abuladze Vladimir məhkəməsindən qaçması ilə bağlı Rusiya hakimiyyətinin tələbi ilə saxlanıldıqdan sonra 2021-ci ilin avqustundan Madrid və Salamanka həbsxanalarında saxlanılır. Bir il yarımdan sonra İspaniya məhkəməsi avtoritetin müdafiəçisinin sözlərinə inanıb və belə qənaətə gəlib ki, qaçış olmayıb və “qanuni oğru” müstəqil olaraq Vladimir şəhər məhkəməsinin binasını tərk edib.

2020-ci ilin dekabrında Abuladze həbs müddətinin uzadılması üçün məhkəməyə gətirilib. Orada vəkillər təkidlə müşayiət edənlərin avtoritetin qandallarının açılmasını tələb ediblər. Bundan sonra mühafizəçilərin diqqətini yayındıran Abuladze tualetə gedib və naməlum istiqamətdə gözdən itib.
Bir il sonra İspaniya polis agentləri ölkədə məskunlaşan kriminal icmaya nəzarət etmək niyyətində olan nüfuzlu rusiyalı “qanuni oğru”nun ölkəyə gəlişindən xəbər tutdular. O, Barselona hava limanında Ukrayna vətəndaşının saxta pasportu ilə ölkəyə daxil olmaq istəyərkən yaxalanıb. (lent.az)
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib












