Banner

Bakıda bu məktəbin binası yeniləndi - FOTO

Xəbərlər 20 Sentyabr 2022 18:14 Oxunub 7316
Bakıda bu məktəbin binası yeniləndi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Yeni tədris ilində istifadəyə verilən məktəblərdən biri olan Xətai rayonu 263 nömrəli tam orta məktəbinin köhnə binası sökülərək yeni kompleks (idman və akt zalı ilə) inşa edilib. Yeni bina 4 mərtəbəli, 2256 şagird yerlikdir.

Məktəb kompleksi Xətai rayonu, Əhmədli qəsəbəsi, General Mehmandarov küçəsi 78 ünvanında yerləşir. Məktəbin ərazisi 20681 kv metr, kompleksin ümumi sahəsi – 17701 kv. metrdir.
Məktəbdə 78 sinif otağı, 2 informatika, 2 kimya laboratoriyası, 2 fizika laboratoriyası, 2 biologiya laboratoriyası, 1 hərbi otaq, 2 əmək otağı, 10 (yarımqrup üçün) xarici dil otaqları, geniş kitabxana, yeməkxana akt zalı, idman zalı, tibb otağı, müəllimlər üçün otaqlar, texniki otaqlar yaradılıb.

İstilik xətləri yenidən qurulub, yeni qazanxana tikilib. 2 su anbarı yaradılıb. Məktəb lazımı mebel, ləvazimat və inventarlarla, dərsliklərlə tam təmin edilib.

Məktəbin ətraf ərazisi abadlaşdırılıb, məktəbə uzanan yollar asfaltlanıb, yaxınlıqdakı həyətlərdə istirahət guşələri yaradılıb və idman qurğuları quraşdırılıb.

Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.

 

 

 



 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh