Rusiyaya 28 kq narkotik göndərməyə çalışan şəxs saxlanılıb - VİDEO

Yeni ilin ilk günündə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək Rusiya Federasiyasına göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək qeyri-leqal yollarla Rusiya Federasiyasına göndərməyə çalışan transmilli cinayətkar dəstənin növbəti üzvü saxlanılıb. Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı əvvəllər məhkum olunmuş Fərhad Əliyev tutulub. Onun üzərindən 2 büküm ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə həşiş və əlavə olaraq narkotiklərin satışından əldə olunan pul vəsaitlərinin nağdlaşdırılması zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar olunub. İlkin sorğu zamanı Fərhad Əliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Məhəmməd” adlı İran vətəndaşından Salyan rayonunda əldə etdiyini bildirib. Onun əsas niyyəti isə külli miqdarda həşişi satmaq məqsədi ilə Rusiya Federasiyasına göndərmək olub. Aparılan araşdırmalar nəticəsində Fərhad Əliyevin ölkə ərazisindən istifadə etməklə xarici ölkələrə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Fərhad Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu transmilli narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










