Saakaşvili: “Çoxları mənim hələ sağ qalmağıma təəccüblənir”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, müayinə zamanı ona beyin zədəsi diaqnozu qoyulub.
O, bu barədə Bild-ə müsahibəsində deyib.
Sabiq prezident özünü pis hiss etməsindən şikayətlənib və demək olar ki, iki dəfə arıqladığını bildirib.
O qeyd edib ki, Kiyevdən çıxarkən çəkisi 120 kq idisə, hazırda çəkisi 65 kq-dır. Siyasətçi bütün bədənində ağrılardan əziyyət çəkdiyini etiraf edib və MRT-nin nəticələrinin beyin zədələnməsindən danışdığını söyləyib. Saakaşvili əmindir ki, problemlərin əksəriyyəti ağır metal zəhərlənməsindən qaynaqlanır. "Mən tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm. Çoxları mənim hələ sağ qalmağıma təəccüblənir" dedi.
Eks-prezidentin sözlərinə görə, o, Avropada son gecəsini Almaniya hökumətindən olan dostları ilə Frankfurt Operasının restoranında keçirib.
Saakaşvili ümidlə bəyan edib ki, Almaniya kansleri Olaf Şolz və Almaniyanın xarici işlər naziri Annalena Burbok “orta əsrlərə aid işgəncələr nəticəsində hamının gözü qarşısında ölməyimə icazə verməyəcəklər”. (lent.az)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











