Saakaşvili görün nə gündədir - Çətinliklə yeriyir, çarpayıdan yıxılır - VİDEO

Amerikanın CNN telekanalı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Vivamed” klinikasında görüntülərini yayımlayıb.
Yayımlanan kadrlarda Saakaşvilinin çətinliklə yeridiyi və palatada dəfələrlə çarpayıdan yıxıldığı görünür.
Kadrları proqrama keçmiş prezidentin kritik səhhətindən danışan amerikalı hüquqşünas təqdim edib.
Televiziya şirkətinə müsahibə verən hüquqşünas Massimo D'Ancelo bildirir ki, Saakaşvilini mümkün qədər tez müalicəyə keçirmək lazımdır, çünki orqanizmdə geri dönməz proseslərin baş verməsi üçün ciddi risk var.
Həbsdə olan keçmiş prezident Mixail Saakaşvili 2022-ci il mayın 12-dən “Vivamed” klinikasındadır.
Fevralın 6-da Tbilisi şəhər Məhkəməsinin hakimi Georgi Arevadze Mixail Saakaşvilinin vəkillərinin səhhətinə görə cəzanın təxirə salınması və ya cəzadan azad edilməsi barədə vəsatətini təmin etməyib.
Gürcüstan hakimiyyəti Saakaşvilinin ağır vəziyyətdə olduğunu tanımır. Ədliyyə Nazirliyinin nümayəndələri iddia edirlər ki, Saakaşvilinin vəziyyətinin ağır olması ilə bağlı söhbətlər piar kampaniyasının tərkib hissəsidir, o, özünü belə göstərir, Amerika şirkəti isə azadlığa buraxılması məsələsində lobbiçilik edir. (lent.az)
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO











