Saakaşvili oxunan hökmə münasibət bildirdi: "Ömürlük həbsə məhkum edildim" - YENİLƏNİB

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisi şəhər məhkəməsinin doqquzillik hökmünə münasibət bildirib.
Avtosfer.az gazeta.ru-ya istinadən məlumatına görə, sabiq dövlət başçısı hakimin qərarını "sürpriz" adlandırıb.
Saakaşvili bu hökmün onun üçün ömürlüyə bərabər olduğunu qeyd edib.
"Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim... Bizi qorxuda bilməzlər! Güc birlikdədir!" - deyə Saakaşvili bildirib.
***
Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə hökm oxuyub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az bu barədə "Mtavari" nəşrinə istinadla xəbər yayıb.
Bildirilir ki, Saakaşvili 9 milyon lari (təxminən 5.5 milyon manat) məbləğində büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirli bilinib.
Həmçinin Saakaşvilinin keçmiş mühafizə rəisi Teymuraz Canaşiya da təqsirli bilinib, lakin o, cəmi 3 000 lari (təxminən 1.7 min manat) məbləğində cərimə ilə cəzalandırılıb.
Qeyd edək ki, Saakaşviliyə qarşı dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı 2014-cü ildə irəli sürülüb. Bu iş Gürcüstanda "Pencək işi" kimi tanınır. İttihama əsasən, Saakaşvili prezidentliyi dövründə dövlət vəsaiti hesabına pencəklər, palto alıb, oğlunun təhsil haqqını ödəyib, kosmetik prosedurlar etdirib, sinə ilə çəkilmiş rəsm əsəri alıb, bahalı avtomobillər və təyyarələr icarəyə götürüb, eləcə də qol saatları əldə edib.
Xatırladaq ki, Saakaşvili 2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıtdıqdan sonra həbs edilib. O, beş cinayət işi üzrə təqsirləndirilir. Bunlardan iki iş üzrə o, qiyabi olaraq altı il azadlıqdan məhrum edilib.
Ümumilikdə, Tbilisi Şəhər Məhkəməsi ona qarşı dövlət vəsaitlərinin mənimsənilməsi, 7 noyabr 2007-ci ildə etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçmə ittihamları üzrə üç işi araşdırır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












