Saakaşvili bu görünüşü ilə hamını ŞOKA SALDI - VİDEO

Həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili bugünkü məhkəməsində də onlayn şəkildə iştirak edib.
Səhhəti ilə əlaqədar xəstəxanada yatan siyasətçinin çıxışından videonu “Mtavari” telekanalı feysbukda paylaşıb.
Saakaşvili məhkəməyə ifadəsində Gürcüstana qarşı cinayətlər törətmədiyini bildirib və tərəfdarlarını birliyə çağırıb.
Xatırladaq ki, iyunun 16-da Saakaşvili feysbukda bildirib ki, özünü pis hiss etməsinə baxmayaraq, gürcü siyasətində çox aktiv iştiraka qayıtmaq niyyətindədir.
M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. (qafqazinfo)
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO










