Sabah 27 dərəcə isti olacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacagı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində sabah hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










