Sabahdan başlayır - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Maqnit qasırğaları Günəşin partlaması nəticəsində Yerin maqnit sahəsində yaranan pozğunluqlardır. Bu cür dalğalanmalar rabitə sistemlərinin işinə, eləcə də insan sağlamlığına mənfi təsir göstərə bilər. Aktivlikdə bir qədər artım belə sağlamlığa təsir edə bilər.
Aprelin 16 və 17-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. Qasırğanın gücü 4 bala çatacaq. Belə qasırğalar orta gücdə hesab olunur. Aprelin 20 və 21-də daha güclü maqnit qasırğası gözlənilir. Onun gücü 5 balla qiymətləndirilir.
Qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün qasırğadan əvvəlki günlərdə və qasırğa zamanı sağlam həyat tərzi vərdişlərinə əməl edin. Belə günlərdə stressdən, ağır yüklərdən uzaq olmaq lazımdır. Fast food, yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaları az yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin, həkimlər məsləhət görürlər.
Qəhvə, siqaret və spirtdən imtina edin.
Otağı mütəmadi olaraq havalandırın və təmiz havada ən azı qısa bir gəzintiyə çıxmağa çalışın. Mümkünsə, günün eyni vaxtında yatın və kifayət qədər yuxu aldığınızdan əmin olun. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












