Sabiq deputata məxsus şirkətin büdcəyə 100 minlərlə vergi borcu var - TƏFƏRRÜAT

Sabiq deputat Hacı Salayevə məxsus “Trust-S.S.” MMC-nin (VÖEN – 1300271661) dövlət büdcəsinə böyük həcmdə - 465 651 manat 30 qəpik vergi borcu var.
Avtosfer.com xəbər verir ki, “Trust-S.S.” MMC 29.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Şəhriyar, ev 51, mərtəbə 6, mənzil 2-də yerləşən şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.
Qanuni təmsilçisi Eyvazov Azad Fərman oğlu olan “Trust-S.S.” MMC-yə daha əvvəl Hacı Salayevin özü rəhbərlik edib.
2010-cu və 2015-ci illərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat seçilən Hacı Salayev eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı “Az Kommunal Servis” ASC-nin (VÖEN – 1401752761) idarə heyətinin sədri olub.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Hacı Salayevin qardaşı - general-mayor Baba Salayev FHN Akademiyasının rəisidir.
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












