Sabiq icra başçısının əmlakları ilə bağlı qərar verildi – 5 milyon manat…

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.
Avtosfer.az-ın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Məhkəmə məhkum şəxsin ailə üzvlərinin şikayətini əsassız sayıb. 5 milyondan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq “Land Rover” markalı avtomobilin müsadirədən azad olunmasını istəyirdi.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, üzərinə həbs qoyulmuş 5 344 000 manatlıq əmlak dövlət nəfinə müsadirə olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
apa
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












