Sabiq nazir müavini pensiyasından narazıdır

Azərbaycanda sabiq nazir müavini pensiyasından şikayət edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, 1997-ci ildə ləğv edilən Xarici Əlaqələr Nazirliyinin birinci müavini, nazir əvəzi Qüdrət Quliyevin vəkili onun pensiyası ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edib. Müraciətdə sabiq məmurun dövlət qulluqçusu kimi təqaüdə çıxması tələbi irəli sürülüb. Lakin birinci instansiya məhkəməsi bu tələbi təmin etməyib.
Q. Quliyev də İnzibati məhkəmənin bu qərarı ilə razılaşmayıb. O, öz növbəsində Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.
Həmçinin məlumata görə, sabiq nazir müavini ikinci qrup əlilliyə görə təqaüd alırmış. Bir neçə il əvvəl o təqaüd də kəsilib. Sonradan həmin təqaüdün bərpa olunub-olunmaması barədə isə məlumat yoxdur.
Qeyd edək ki, Qüdrət Quliyev 1995-ci ildə Azərbaycan Xarici Əlaqələr Nazirliyinin birinci müavini təyin edilib. O zaman həmin quruma nazir təyin olunmadığı üçün Q. Quliyev həm də nazir vəzifəsini icra edib. Sabiq məmur bundan əlavə, Azərbaycan SSRİ-nin XII çağırışda Naxçıvan MSSR-nin 343 nömrəli Culfa seçki dairəsindən deputat seçilib.

Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı








