Sabirabadda beş kəndi birləşdirən yol dağılıb: gediş-gəliş çətinləşib - FOTO

Sabirabad rayonunun Türkədi kəndinin yolları bərbad vəziyyətə düşüb. Bu barədə "Report"a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, rayonun mərkəzi ilə cəmi 5 km aralıda yerləşən kəndin yolları uzun illərdir bərbad vəziyyətdədir. Sakinlər deyib ki, yolların bərbad olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək onların müraciətinə baxan olmayıb:
"Bizim kəndlə yanaşı, rayonun Cavad, Əlicanlı, Yolçubəyli və Narlıq kəndlərinin 20 minə yaxın əhalisi də hər gün bu yoldan istifadə edirlər. Yolun bu vəziyyətdə olması səbəbindən zərurət yarandıqda nə təcili tibbi yardım, nə də yanğınsöndürən avtomobilləri vaxtında hadisə yerinə çata bilir".
Sakinlər bununla yanaşı, əkib becərdiyi kənd təsərrüfatı məhsullarını da yolun bərbad vəziyyətə düşdüyünə görə vaxtında bazara çıxara bilmədiklərini söyləyiblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Report"un yerli bürosuna bildirilib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində öz həllini tapır.
Qeyd edilib ki, bu proqram çərçivəsində son illər ərzində Sabirabad rayonunda mühüm yol infrastrukturu layihələrinin icrası aparılıb və davam etdirilir: "O cümlədən, Türkədi kəndinin də daxil olduğu Cavad-Narlıq avtomobil yolunun yenidən qurulması regionların iqtisadi inkişafı dövlət proqramına daxil edilib və maliyyə vəsaiti ayrılan kimi, sözügedən yolda əsaslı şəkildə yenidənqurma işlərinin icrası təmin olunacaq".
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO












