ŞAD XƏBƏR: "TələbəPlus" kartının əhatə dairəsi genişləndirilir - VİDEO

Yeni tədris ilindən etibarən "TələbəPlus" kartının əhatə dairəsi genişləndiriləcək. Artıq layihə kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə edəcək.
Avtosfer.az İTV-yə istinadən xəbər verir ki, layihəyə qoşulma prosesi universitetlərin təşəbbüsü və texniki imkanları nəzərə alınmaqla davam etdirilir. Hazırda 24 ali təhsil müəssisəsinin 190 mindən çox tələbəsi bu kartdan istifadə edir.
Kart sahibləri restoran, kafe, geyim mağazaları, kitab və dəftərxana dükanları, tibb müəssisələri, əyləncə mərkəzləri və digər sektorlarda güzəştlərdən yararlana bilirlər. Layihəyə 350-dən çox yerli və xarici partnyor qoşulub.
Tələbələr isə kartın daha çox gündəlik ehtiyacları əhatə etməsini istəyirlər. Onların fikrincə, "TələbəPlus" yalnız kafe və geyim mağazalarında deyil, həm də ictimai nəqliyyatda, kitabxanalarda və zəruri xidmət sahələrində güzəştlər təqdim etməlidir.
Təhsilin İnkişafı Fondundan bildirilib ki, bu istiqamətdə dövlət və özəl sektor nümayəndələri ilə danışıqlar aparılır. Artıq tibb sahəsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tələbələr klinikalarda ildə bir dəfə pulsuz müayinədən keçə, tanınmış göz klinikasında isə müayinə və analizlərdə 50 faiz, əməliyyatlarda isə 30 faiz endirim əldə edə bilərlər.
Fonddan əlavə edilib ki, ictimai nəqliyyatda güzəştlər yaxın planlarda əsas prioritetdir, çünki bu xidmət tələbələrin gündəlik həyatında mühüm rol oynayır.
Ətraflı süjetdə:
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












