Sahıbkarlıq fəaliyyəti gənclər arasında təbliğ edilir - FOTO

Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə 20.12.2022-ci il tarixdən icrasına başlanan "Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və onların bu istiqamətdə maarifləndirilməsi" layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.Tədbir fevral ayının 22-sindən martın 1-dək Tovuz rayonu Elxan Məmmədov adına tam orta məktəbdə, Tovuz rayonu Adil Qasımov adına şəhər tam orta məktəbində, Qazax rayonu Dövlət Sosial İqtisad Kollecində, Bakı Dövlət Universitetinin Qazax filialında, Ağstafa rayonu 1 saylı tam orta məktəbində və Ağstafa rayon Heydər Əliyev Mərkəzində gənclər arasında sahibkarlıq fəaliyyətinin maarifləndirilməsi istiqamətində diskusiya xarakterli tədbirlər keçirilib. Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllim və şagird kollektivləri iştirak ediblər.
İlk öncə tədbir iştirakçılarına bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verib. Bildirib ki, sahibkarlıq fəaliyyətilə məşğul olmaq hər bir gəncin gələcəkdə karyerasının formalaşmasında mühüm rol oynaya bilər. Sahibkarlıq fəaliyyətilə məşğul olan hər bir yetişməkdə olan yeni nəsil üçün dövlətimiz tərəfindən münbit şərait yaradılıb və bu istiqamətdə priaritet addımlar atılır.
Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Rəşad Əhmədova verdi. Təlimçi də öz növbəsində şagirdlərlə diskusiya şəklində mövzu haqqında söhbətlər aparıb.
Tədbirdə şagirdlərə layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanıb.




















