Şahin Bağırov britaniyalı nazirlə görüşdü - FOTO

Fevralın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin üzvü, Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokertinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və digər rəsmi şəxslər iştirak edib.
Avtosfer.az xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Daxili İşlər Nazirliyi arasında həyata keçirilən layihə çərçivəsində “Nəqliyyat vasitələrinin axtarışı” üzrə təlim mərkəzinin inşası, gömrük əməkdaşların potensialının artırılması istiqamətində təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli qaydada məlumat mübadiləsi mexanizmlərinin gücləndirilməsi üçün hüquqi sənədlərin hazırlanması ətrafında müzakirələr aparılıb.
İki ölkənin gömrük orqanları arasındakı faydalı əlaqələrdən məmnunluqla bəhs edilib, Böyük Britaniyanın dəstəyi ilə inşa olunacaq yeni təlim mərkəzinin Azərbaycan gömrüyünün kinoloji sahədəki təcrübə və imkanlarının artırılması ilə yanaşı, region ölkələri üçün də faydalı olacağı vurğulanıb.
Leo Dekorti Azərbaycan gömrüyünün narkotiklərlə mübarizə sahəsində ön xəttdə yer aldığını, bu istiqamətdəki fəaliyyətinin, əldə olunan nəticələrin təqdirəlayiq olduğunu bildirib.
Görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin əməkdaşları tərəfindən kinoloqların təlimi prosesində istifadə olunmaq məqsədilə hazırlanan Virtual Reallıq tətbiqi nümayiş etdirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar, həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti ilə də tanış olub, xidməti itlərin axtarış prosesini izləyiblər. Eyni zamanda ərazidə inşa olunacaq təlim mərkəzi üçün ayrılan sahəyə də baxış keçirilib.
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB

















