Şahin quşlarını qanunsuz ovlayan əcnəbi saxlanılıb

Nadir və qiymətli Şahin quşlarının tutularaq ölkədən xaricə satılmasına dair brakonyerlik fəaliyyəti barədə daxil olmuş operativ məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qaydada izləmə prosesləri aparılıb.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, 16 noyabr 2020-ci il tarixində ETSN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən birgə reyd zamanı əcnəbi vətəndaş İmad Alaborsan saxlanılıb və ondan ovlanması qadağan edilmiş, adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş Şahin quşu maddi sübut kimi götürülüb.
Fakla bağlı İ.Alaborsan barəsində akt, protokol tərtib edilib və qanun pozucusu 2 000 manat məbləğdə cərimələnib. Şahin quşu isə təbiətə buraxılıb.

Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












