Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb - FOTO

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Habil Məcidov və Əfqan İlyasov saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanıb.
Bundan əlavə, əməliyyat tədbirlərinin davamı olaraq H.Məcidovun idarə etdiyi nəqliyyat vasitəsinə və Ə.İlyasovun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı isə külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, marixuana və elektron tərəzilər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












