Salyanda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb

Salyanda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə basqın etməkdə şübhəli bilinən rayon sakini Yaşar Məmmədov saxlanılıb.
Həmin şəxs ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, Y.Məmmədov tanışı, hal-hazırda qeyd edilən hadisəyə görə həbs olunmuş Aydın Nəzərovla qabaqcadan əlbir olaraq ötən ilin dekabr ayının 18-də səhər saatlarında rayon ərazisində yerləşən evlərin birinə basqın ediblər.
Ev sahibinə hədə-qorxusu gələrək qızıl-zinət əşyaları və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək həmin ünvanı tərk ediblər.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











