Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb - FOTO - VİDEO

Şamaxı rayonunda yerləşən evlərdən yanvar-fevral aylarında silsilə oğurluqlar edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. 4 evə daxil olan naməlum şəxs ümumi dəyəri 1600 manatdan artıq olan-mobil telefonlar, fotoaparat, planşet, televizor avadanlıqları və digər əşyaları oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Zamir İmanov elə “iş başında” yaxalanıb.
Belə ki, sonuncu dəfə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etmək istəyən həmin şəxs tutularaq istintaqa təhvil verilib. O, ifadəsində rayon ərazisindəki yaşayış olmayan daha 40-a yaxın mənzildən oğurluq etdiyini və əldə etdiklərini yaşadığı evin həyətyanı sahəsindəki tövlədə gizlətdiyini bildirib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər analoji cinayətlərdə də iştirakı istisna edilmədiyindən onun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













