Şamaxıda insan alveri ilə mübarizə mövzusunda tədbir keçirilib - FOTO

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Təhsil Nazirliyinin və İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyasının birgə təşkilatçılığı ilə Şamaxıda “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir keçirilib.
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Şamaxı Peşə Liseyində keçirilən tədbirdə Şamaxı Peşə Liseyinin direktoru İsmayıl Tarverdiyev, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili pols polkovnik-leytenantı Emin Əsədov və İnsan Alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvüləri “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və Rəqəmsal İnkişaf İctimai Birliyinin sədri Könül Ağayeva və Liseyin müəllim və tələbələrə İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə, insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar, uşaqların insan alverinə məruz qalması riskləri, insan alverinin bütün formalarının qarşısının alınması və bu cinayətin qurbanlarının reabilitasiyası istiqamətində görülən işlər, müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” barədə ətraflı məlumat verilib.
Bundan sonra müəllim və yeniyetmə gənclərin mövzular ətrafında verilmiş çoxsaylı sualları cavablandırılıb.
Sonda isə tədbir iştirakçıları Şamaxı Peşə Liseyinin tələbələri tərəfindən hazılanan əl işləri ilə tanış olublar.

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












