Samur gömrük postunda sıxlığın aradan qaldırılması üçün qaynar xətt yaradıldı

Hal-hazırda mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar Samur gömrük postunda yaranan sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələri ilə yanaşı, dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması da tövsiyə edilir.
Dəmir Yolları QSC-dən Avtosfer.az-a bildirilib ki, bununla əlaqədar, Azərbaycan Dəmir Yolları yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazır olduğunu bildirir:
“Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq, 20-25% aşağı qiymətə başa gəlir.
Məhsulların ixracının sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb”.
Əlaqələndirici şəxslər:
1. Emil Əhmədov – (ADY) Yük daşımalar departamentinin rəisi
050 211 55 32
2. Babək Əliyev – (ADY) Yük daşımalar departamentinin rəisinin müavini
050 210 60 68
3. Elçin Məmmədov – (ADY) Yük daşımalar departamentinin rəisinin müavini
050 403 03 63
4. Ceyhun Ağayev– (DGK) Sərhəddə prosedurların tətbiqi və monitorinqi şöbəsinin rəisi
050 271 85 85
5. Orxan Mikayıl – (AQTA) İdxal və ixraca nəzarət şöbəsinin müdiri
050 310 33 55
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır










