Samuxda oğurluq edən şəxslərdə narkotik aşkarlandı

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə saxlanılan şəxslərdən narkotik maddə aşkarlanıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat zamanı rayonun Qarayeri qəsəbəsindəki evlərin birinə qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 1400 manat olan müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Həsənov və Cavid Xəlilov maddi sübutlarla birlikdə saxlanılıb.
Polis Şöbəsində həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə narkotik maddə olan metamfetamin aşkarlanıb.
Samux Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində həbs qətiimkan tədbiri seçilib. Saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












