Samuxda silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsinə rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində rayon sakinləri N.Nəbiyev, V.Nəbiyev və A.Nəbizadənin müxtəlif vaxtlarda vətəndaşlara məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1800 manat olan müxtəlif növ elektrik və metal məişət avadanlıqlarını oğurlaması məlum olub. Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Bununla da Samux rayon Polis Şöbəsinin əməkdaşları cari ilin müvafiq dövründə oğurluq faktı ilə bağlı 3, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 (ümumilikdə 18 kq-a yaxın narkotik vasitə), qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində isə 1 uğurlu əməliyyat tədbiri həyata keçirib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












