Samuxda vəzifəli şəxsə ciddi xəbərdarlıq edildi

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində fəaliyyət göstərən "Aysberq" kafesinin ətrafında, Yevlax rayonunun Aran qəsəbəsindəki avtoyuma məntəqəsinin yaxınlığında və Samux rayonunun Kolayır kəndi ərazisindəki dərədə məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı tullantıların Xaçmaz və Yevlax rayonları ərazilərində iaşə obyektlərinin əməkdaşları tərəfindən ətraf ərazilərə atıldığı, Samux rayonunda isə Samux Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə məxsus yük maşınından dərəyə boşaldıldığı məlum olub.
Faktlarla bağlı “Aysberq” kafesinin istifadəçisi Namik Əsədov, avtoyuma məntəqəsinin işçisi Cəsarət Zülüyev və Samux MKTİB-nin yük maşınının sürücüsü Qara Əliyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb.
Xidmət rəsmisinin sözlərinə görə, ərazilərin təmizlənməsi və mütəmadi nəzarət olunması ilə bağlı hər üç müəssisənin məsul şəxslərinə məcburi göstəriş verilib, Samux MKTİB-nin rəhbərliyinə isə sürücülərin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub. (report)
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










