Samuxda vəzifəli şəxsə ciddi xəbərdarlıq edilib

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində fəaliyyət göstərən “Aysberq” kafesinin ətrafında, Yevlax rayonunun Aran qəsəbəsindəki avtoyuma məntəqəsinin yaxınlığında və Samux rayonunun Kolayır kəndi ərazisindəki dərədə məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı tullantıların Xaçmaz və Yevlax rayonları ərazilərində iaşə obyektlərinin əməkdaşları tərəfindən ətraf ərazilərə atıldığı, Samux rayonunda isə Samux Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə məxsus yük maşınından dərəyə boşaldıldığı məlum olub.
Faktlarla bağlı “Aysberq” kafesinin istifadəçisi Namik Əsədov, avtoyuma məntəqəsinin işçisi Cəsarət Zülüyev və Samux MKTİB-nin yük maşınının sürücüsü Qara Əliyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb.
Xidmət rəsmisinin sözlərinə görə, ərazilərin təmizlənməsi və mütəmadi nəzarət olunması ilə bağlı hər üç müəssisənin məsul şəxslərinə məcburi göstəriş verilib, Samux MKTİB-in rəhbərliyinə isə sürücülərin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub.
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










