Sanksiyaya görə yüzlərlə rus Antalya və Şarm əl-Şeyxdə gözləyir

Rusiyanın “Red Wing” şirkəti bu günlərdə Qazaxıstan, Türkiyə və Misirə çox sayda uçuşu ləğv edib.
Avtosfer.az-ın xəbərinə görə, buna səbəb şirkətin 2 “Boeing”inin nasazlığıdır. Sanksiyalara görə ehtiyat hissə əldə etmək mümkün deyil. Təyyarələr anqarda, sərnişinlər isə hava limanlarında gözləyir.
Ötən günlərdə 3 yüzədək sərnişin Yekaterinburq aeroportuna gəlsə də, təyyarə olmadığı üçün Antalya və Şarm əl-Şeyxə uçuşlar ləğv edilib. Sözügedən şəhərlərdə də rus turistlər vətənə qayıtmaq üçün yayın istisində gözləməli olublar.
2 gündən sonra dövlətin müdaxiləsi ilə Türkiyə və Misirdə qalan sərnişinləri xarici şirkətlərin təyyarələri ilə gətirmək mümkün olub. Rusiya prokurorluğu faktı araşdırır.
Hazırda Türkiyənin başqa şəhərlərində istirahət edən ruslar da oxşar problemlərlə üzləşiblər. Lakin Türkiyənin aviadaşıyıcıları ilə uçan Rusiya vətəndaşları üçün heç bir problem yoxdur.
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












