Satıcı xanıma qarşı quldurluq etdi

Bakının Xətai rayonunda yerləşən marketlərdən birində satıcı işləyən xanıma qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, naməlum şəxs marketə daxil olaraq əlində olan bıçaqla satıcının həyat və sağlamlığı üçün təhlükə yaradacağı hədəsi ilə onun çantasından 185, kassadan isə 30 manat götürərək hadisə yerindən yayınıb.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hüseyn Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











