Saytdan maşın almaq istəyirdi başına OYUN GƏLDİ

Avtomobil almaq istəyən Lənkəran şəhər sakini dələduzluqla üzləşib.
Avtosfer.az xəbər verir ki, şəhər sakini Samir Baxşıyev saytların birində satışa qoyulan “VAZ-2107” markalı avtomobili almaq məqsədilə elan sahibi ilə əlaqə saxlayıb. Elan sahibi Əhməd Cavadov yaxın günlərdə maşını Lənkərana gətirəcəyini deyib.
Bir neçə gün sonra Samir Əhmədlə əlaqə saxlayaraq, nə vaxt gələcəyini maraqlanıb. Əhməd də artıq yolda olduğunu bildirib. Bir neçə saat sonra isə Əhməd zəng edərək deyib ki, polis maşının cəriməsinə görə onu saxlayıb. Samir cərimənin ödənməsi üçün Əhmədin kartına 3100 manat pul göndərib.
Ancaq aldadıldığını görən Samir Lənkəran şəhər Polis İdarəsinə müraciət edib. Polis əməkdaşları tərəfindən Bakı şəhər sakini Ə. Cavadov saxlanılıb və törətdiyi əməli etiraf edib.
Zərərçəkmişə dəyən ödətdirilib.
lent.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












