Banner

​“Səbinə xanımın namizədliyini dəstəkləyəcəyəm” - Arzuxan Əlizadə

Xəbərlər 30 Oktyabr 2026 10:36
​“Səbinə xanımın namizədliyini dəstəkləyəcəyəm” - Arzuxan Əlizadə
WhatsApp kanalımıza abunə olun

“Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır”. 

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsinin müzakirəsi zamanı bildirib. 

“Bütövlükdə ölkə vətəndaşlarının müraciət etdiyi təsisatdır. Son iki-üç il ərzində Parlamentə edilən müraciətlərdən də bilinir ki, vətəndaşların bu təsisata etimadı artır. 

Namizədlərin hər birinin tərcümeyi-halı ilə tanış olmuşuq. Mən öz haqqımdan istifadə edərək deyə bilərəm ki, Səbinə Əliyevanın fəaliyyəti ilə daha yaxından tanışam. Ombudsmana müraciət edənlərin məmnunluğu və digər məsələlərlə bağlı uğurlarla bağlı deyə bilərəm ki, Səbinə xanımın namizədliyini dəstəkləyəcəyəm”, - deputat qeyd edib.

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh