Banner

Bakıda yük maşını qəza törətdi, hərəkət məhdudlaşdırıldı

Qəzalar 29 Oktyabr 2026 23:17
Bakıda yük maşını qəza törətdi, hərəkət məhdudlaşdırıldı
WhatsApp kanalımıza abunə olun

Bakının Nərimanov rayonunda yük avtomobili qəza törədib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində baş verib.

Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda yük avtomobilinin ərazidən kənarlaşdırılması və hərəkətin bərpası üçün polis tərəfindən zəruri tədbirlər görülür.

Oxunub : 270
ŞƏRH YAZ
Ad

E-mail

Şərh