Banner

İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA

Xəbərlər 29 Oktyabr 2026 20:35
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
WhatsApp kanalımıza abunə olun

Bakıda 20 yaşlı Rəsul Yasin oğlu Nəsibov qəfil vəfat edib.

Onun ürəktutmadan öldüyü ehtimal edilir. Hadisə Nizami rayonu ərazisindəki idman zallarından birində baş verib. O, zalda idman edərkən ürəyi dayanıb.

İdman zalında qəfil ölüm halları Azərbaycanda əvvəllər də qeydə alınıb. 2020-ci ildə gənc fitnes məşqçisi İnam Bayramovun, ötən il isə aktyor Cabir İmanovun vəfat etməsi bu cür hadisələrə nümunədir.

Avtosfer.az xəbər verir ki, 2013-cü ildə "Journal of the American College of Cardiology" jurnalında dərc olunan araşdırmada 167 idman və fitnes obyektində 52 ürək dayanması hadisəsi qeydə alınıb. Bu, hər obyektə ildə orta hesabla 0,024 hadisə, yəni təxminən 42 ildə bir hadisə deməkdir. Bu rəqəm ölüm sayını deyil, ürək dayanması hallarını göstərir.  İdman zallarında qəfil ürək dayanması hallarının baş verməsinin əsas tibbi səbəbləri hansılardır?

Tibb eksperti Aqil Qeybulla Avtosfer.az-a açıqlamasında bildirib ki, idman zallarında qəfləti ürək tutmalarının böyük bir səbəbi idmançıların əzələ kütləsi almaq üçün qəbul etdiyi müxtəlif hormonal dərmanlardır. Bunlar güc gətirmək üçün qəbul edilən və proteinlərdir ki, ürəyi həddindən artıq gücləndirir, sonra orqanizmdə müəyyən dəyişikliklər törədir. Bu da sonda ürəyin fibrilyasiyasına, tromboemboliyə, müxtəlif fəsadlara səbəb olur:

"Amma idman zallarında yaşanan ölüm hallarının heç biri araşdırılmır. Yəni, bunlar əslində təşrih olunmalıdır. İnsanlar da öz meyitlərini təşrih eləməyə qoymurlar. Yəni, onları yarmağa, ölümün birbaşa səbəbini aydınlaşdırmağa imkan vermirlər. Ona görə də bu gənclər arasında bir tendensiyadır. Əzələ kütləsini artırmaq və arzuolunan fiziki formaya düşmək məqsədilə müxtəlif dərman preparatlarının qəbulu reproduktiv funksiyaya mənfi təsir göstərə, orqanizmdə hormonal balansı poza və qanın laxtalanma sistemində problemlərə səbəb ola bilər. Nəticədə isə bu cür ağır fəsadlarla qarşılaşa bilərik".

Türkan Ülvi

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh