Banner

Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi

Xəbərlər 28 Oktyabr 2026 20:21
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
WhatsApp kanalımıza abunə olun

Sabirabad rayonunda ətraf mühitin qorunması, eləcə də nəqliyyat vasitələrindən atmosferə ixrac olunan zərərli qazların minimuma endirilməsi məqsədilə profilaktik tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbir zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılıb və nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. 

Həmçinin, avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən sürücülər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. 

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Oxunub : 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh