Banner

Tovuzda AĞIR QƏZA: 3 nəfər... - FOTO

Qəzalar 30 Oktyabr 2026 09:48
Tovuzda AĞIR QƏZA:  3 nəfər... - FOTO
WhatsApp kanalımıza abunə olun

Tovuzda yol qəzası baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

“VAZ 21011” markalı avtomobillə “Opel” markalı maşın toqquşub.

İlkin məlumata görə, hadisədə üç nəfər xəsarət alıb. Onlar Əhmədova Lətifə (1985), Nəsirov Daşdəmir (1998) və Əhmədov Xəqanidir (1979).

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyəti ağır qiymətləndirilir. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

 



Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh