Səbuhi Abbasov: “Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu”

"Prezident İlham Əliyevin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun bariz nümunəsidir”
Bu sözləri politoloq Səbuhi Abbasov Prezident İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib: "Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni, çoxvektorlu mərhələnin əsasını qoymuş oldu. Demək olar ki, bütün sahələrdə - nəqliyyat, enerji, iqtisadiyyat və humanitar müstəvidə ciddi müzakirələr aparıldı, Çinin nüfuzlu şəxsləri, iş adamları ilə görüşlər keçirildi. Ümumiyyətlə, İlham Əliyev üçün hazırlanan xüsusi qarşılanma mərasimi, Çin liderinin göstərdiyi fərqli, səmimi münasibət, aparılan danışıqlar, qəbul edilən bəyannamə, imzalanan müqavilələr Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütövlükdə, regionda strateji rola sahib olduğunu göstərir. Bu mənada nəqliyyat amili xüsusi əhəmiyyətə malikdir. Azərbaycan bu sahədə uzun illərdir fəal mövqe tutur və faktiki olaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Orta Dəhlizin əsas qovşaqlarından birinə çevrilib. ŞƏT və xüsusilə Çin üçün bu marşrutun əhəmiyyəti getdikcə artır. Azərbaycanın bu dəhlizdə həm geosiyasi, həm də iqtisadi baxımdan güclü rolu ölkəmizin təşkilatla əməkdaşlığının dərinləşməsinə real zəmin yaradır. Bu səfər həm də Azərbaycan–Çin münasibətlərinin strateji xarakterini daha da gücləndirməklə yanaşı, Azərbaycanın ŞƏT çərçivəsində gələcək rolu barədə yeni müzakirələr üçün zəmin yaradıb. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsi, regional sabitliyin təmin edilməsi, ticarət-iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişafıdır. Beləliklə ölkəmizin strateji maraqları ŞƏT çərçivəsində geosiyası tabloda öz layiqli yerini tutmuşoldu."(7news.az)
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











