Şəhadətinin 14-cü günündə gələn övlad payı - VİDEO

Vətən oğlu Vətən yolunda canından keçir. Amma onun yeri boş qalmır.
Baku TV xəbər verir ki, Ağdaş rayonunun Ləki qəsəbə sakini Anar İsrafilov vətən müharibəsində şəhid olub. Qələbə günündə isə şəhidimizin övladı dünyaya gəlib.
Artıq bu həyatda atasını elə balaca Anar əvəz edəcək. Baku TV-nin çəkiliş qrupu şəhidin evində olub.
Vətən uğrunda şəhid olan Anarın ailədəki yerini şəhadətinin 14-cü günü dünyaya gələn oğlu Anar dolduracaq.
Kiçik Anarın qədəmləri uğurlu olub. O, xalqımıza qələbə müjdəsi verilən gün dünyaya gəlib. İndi İsrafilovlar ailəsi həm sevinir, həm də kədərlənir. Amma hər kəsin bir arzusu var. Kiçik Anarı atası kimi vətənə, xalqa və dövlətə layiqli bir övlad kimi böyütmək.
Şəhid Anar İsrafilov 1990-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 3 övladı var. Ailə şəhidin ruhu qarşısında tək bir söz verib: “Ruhun rahat olsun. Övladların arzuladığın kimi vətənə layiqli övlad olaraq böyüyəcəklər”.
Qeyd edək ki, şəhid Anar İsrafilov Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə şəhid olub.
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












