Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil təqdim edilib.
Bu barədə Avtosfer.az-a nazirlikdən məlumat verilib.
Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.
O, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramından bəhs edib.
Qeyd olunub ki, proqram çərçivəsində nazirlik tərəfindən şəhidlərimizin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 121 min şəxsə sosial dəstək xarakterli 260 min xidmət göstərilib.
Sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4300 mənzil və fərdi ev verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13100 mənzil və fərdi ev təqdim edilib.
Mənzillərlə təmin edilən vətəndaşlar dövlət tərəfindən daim dəstəklə əhatə olunduqlarını bildirib, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










