Şəhid anasının vəsiyyəti və 27 illik boğça - VİDEO

1993-cü ildə Cəbrayılda şəhid olan balasının son geyimlərini saxladığı boğçasını düz 27 ildir ki, göz-bəbəyi kimi qoruyub- saxlayır Şəmayil ana. Boğçanı bükdüyü kələğayını isə özünün ölüm günü üçün vəsiyyət edib.
Ananın göz-bəbəyi kimi qoruduğu boğçasında özündən də bir nişanə var. Bu yaşlı qadın 27 il əvvəl uzun hörüklərinin birini yolaraq şəhid Rövşəni ilə birgə torpağa basdırıb. Həmin gündən tək təsəllisi isə oğlunun toyu üçün əzizləyib saxladığı dana olub. Doğmaları gözü yaşlı ananı sakitləşdirmək üçün həmin heyvanı ailədən uzaqlaşdırmaq qərarına gəliblər.
Şəmayil ana öz vəsiyyətini oğlu Rövşənin illərdir saxladığı fotolarından birinin arxasına yazıb.
Ağbirçək ana şəhid balasını Cəbrayılın Qumlaq kənd qəbiristanlığında torpağa tapşırıb. İndi isə vətənə dönəcəyi və balasının məzarına qovuşacağı günü səbirsizliklə gözləyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












