"Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq" - FOTO

Vətən Müharibəsində şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq. Döyüşlərin hər birində olmaq istərdim, amma qismət olmadı.
Avtosfer.az bildirir ki, bunu Trend-ə Qusar rayonun yuxarı Zeyxur kəndinin sakini, müharibə zamanı göstərdiyi igidliklərə görə 3 medalla təltif edilən qazi Zamir Qədimov deyib.
15 ilə yaxın hərbi xidmətdə çalışdığını deyən Z.Qədimov bildirib ki, sentyabrın 27-də düşmən növbəti dəfə təxribat törədərkən onun qarşısını alaraq irəli hərəkət ediblər:
"Sentyabrın 27-də 3 yerdən mühəndis istehkamlarını yardıq, bölmələrlə birlikdə həm döyüşdük, həm minaları təmizlədik. Mühəndis istehkam maneələri hamısını aşdıq və quru, piyada və digər artileriya bölmələri üçün tam yol açdıq. Suqovuşan, Talışkənd, Murov istiqamətləri üzrə yolları tam açmışdıq. Düşmən minalarla özünün təhlükəsizliyini təmin etməyə çalışırdı. Lakin bizlər onları tapır və quru qoşunları, artilleriya üçün yol açırdıq. Biz öndə gedənlərdən olmuşuq. Mühəndis istehkamları yarıldıqdan sonra digər kəşfiyyat və quru bölmələr, döyüş texnikaları bizdən sonra hərəkət edirdilər. Minaları təmizləməklə yanaşı, gecə düşmənə qarşı mina istehkamları qururdum. Bakıda müalicə olunanda iş yoldaşlarım Xəyyam Qəmbərli, Rəşad Sadıqov, bölük komandiri Niyaməddin Novruzov, Ruslan müəllim mənə zəng edib bildirdilər ki, qurduğum minalara düşmənin 10 nəfərdən çox şəxsi heyəti düşərək məhv olub. Bundan əlavə, bir döyüş texnikası tank əleyhinə qurduğum minaya düşüb".
Qazi deyib ki, oktyabrın 2-də Murov istiqamətində olan Gülüstan meşəsində bir əsgərlə birlikdə minaları təmizləyərkən mərminin düşməsi nəticəsində yaralanıb. Yanındakı əsgər dərhal şəhid olub:
"Onun yaxınlığında olduğumdan partlaşıyışın təzyiqi məni başqa minanın üstünə atdı, sağ ayağım topuq hissədən qoparaq düşdü. Naftalandakı "Çinar" sanatoriyasının cərrahiyyə bölməsində ayağım amputasiya olundu, daha sonra Gəncəyə təxliyə olundum, sonra Bakıda özəl klinikaların birində tam müalicəmi alandan sonra evə buraxıldım".
Z.Qədimov bildirib ki, müharibə başlayandan əhali arasında olan yüksək əhval-ruhiyyəni hiss ediblər:
"Müharibə dövründə təminat yüksək səviyyədə idi. Komandirlərimiz bizə deməzdilər ki "irəli", deyərdilər "ardımca". Hər kəs də böyük əhval-ruhuyyə ilə komandirlərinin arxasınca gedirdi".



Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












