Şəhid Vüsal Məlikov Lerikdə dəfn olunub - FOTO

Ermənistanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonlarının sərhəd ərazilərində törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçu leytenant Vüsal Bəxtiyar oğlu Məlikovun cənazəsi doğulub boya-başa çatdığı Lerik rayonuna gətirilib.
“Report”un verdiyi xəbərə görə sakinlər rayonunun girəcəyindən şəhidin doğulduğu Almu kəndinə qədər yolboyu avtomobil karvanını müşaiyət edib. Vətənpərvərlik şüarları ilə kənd qəbiristanlığına aparıblar.
Şəhid V.Məlikov 2000-ci ildə Lerik rayonunun Almu kəndində doğulub. Kənd ümumi orta məktəbinin 9-cu sinifini bitirdikdən sonra C. Naxçıvanski adına hərbi liseyə daxil olub. 2016-cı Ali Hərbi Akademiyaya daxil olub.
2020-ci ildə leytenant rütbəsində N saylı hərbi hissədə xidmətə başlayıb.
Şəhidin dəfni ilə əlaqədar keçirilən mərasimdə millət vəkilləri, rayon rəsmiləri, hərbçilər, şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələrinin nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub. Qeyd olunub ki, şəhidlərimizin qanı yerdə qalmır. Hər bir şəhidimizin qarşılığında düşmən ağır zərbələr alır.
Şəhid Vüsal Məlikovun tabutuna bükülü üçrəngli bayrağımız dəfndən sonra ailə üzvlərinə təhvil verilib.
Qeyd edilib ki, şəhidlərimiz hər zaman hörmətlə anılacaq, onların canlarını fəda etdikləri Vətən daha da inkişaf edəcək, güclənəcək!
Allah bütün şəhidlərimizin ruhlarını şad etsin, yaralı qazilərimizə şəfa versin!
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO













