Şəkidə kəndləri birləşdirən körpü dağılır - FOTO

Şəkinin Baş Göynük kəndi ərazisindən keçən, Şin çayı üzərində 17 il öncə quraşdırılan dəmir körpünün təmir olunmasına ehtiyacı var.
Bu barədə Report-un yerli bürosuna kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, körpüdə yaranan çatlar, ağır tonnajlı avtomobillərin hərəkəti zamanı bir az da qabarıq nəzərə çarpır. Ona görə də, 2005-ci ildə salınan körpünün ciddi təmirə ehtiyacı var. Əsasən, qış fəslində körpüdən istifadə edən sürücülər və piyadalar qorxurlar. Havanın dumanlı vaxtları isə burada qəzalar baş verir. Körpünün bir tərəfində Baş Göynük və Baş Şabalıd, digər tərəfində isə Baş Layısqı, Qumux və Şin kəndləri yerləşir. Bu körpü Baş Göynük və Baş Şabalıd kənd sakilərinin Şəki şəhərinə yeganə çıxışıdır.
Sakinlər söyləyib ki, körpünün giriş və çıxışında tez-tez tıxaclar yaranır. Onların sözlərinə görə, bu isə yer buzlu və sürüşkən olan zaman qəza riskini artırır: "Körpünün hərəkət hissəsi ensiz olmaqla yanaşı asfalt örtüyü də yararsız vəziyyətə düşüb. Dəfələrlə daxili imkanlar hesabına təmir olunsa da, tezliklə vəziyyət əvvəlki kimi olub".
Eyni zamanda, körpünün birtərəfli olması ərazidə müxtəlif problemlərin yaranmasına yol açıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosuna bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Şəki rayonu ərazisində Baş Şabalıd avtomobil yolunun və Baş Şabalıd, Baş Göynük kəndləri arasında yerləşən yeni avtomobil körpüsünün inşası nəzərdə tutulur: "Layihə çərçivəsində bu işlərin icrası maliyyə vəsaiti ayrılan kimi start veriləcək. Qeyd edilən ərazidə Baş Göynük kəndinə gedən yol üzərində yerləşən metal konstruksiyalı körpünün bərpasına gəldikdə isə bu istiqamətdə əraziyə əməkdaşlarımızın cəlb olunması və bununla bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur".
Qeyd edək ki, Şin çayı üzərində 2005-ci ildə salınan körpü 10 min nəfərdən artıq əhalinin Şəki şəhəri ilə tək əlaqə vasitəsidir. Əsasən dəmir konstruksiyalı körpünün uzunluğu 175 metr, çaydan hündürlüyü isə 20 metrə yaxındır.
Xatırladaq ki, körpü üzərindən keçən avtomobilin maksimal çəkisi 10 ton olmalıdır.
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
























