Şəkidə yollar yararsız vəziyyətə DÜŞDÜ - VİDEO

Ötən gün dağlara yağan güclü leysan o qədər çox olub ki, daşaraq kənd yollarını istifadəsiz vəziyyətə gətirib.
Bu barədə kənd sakinləri məlumat verib. Qeyd olunub ki, dağların ətəyində yerləşən Zunud kəndinə ötən gün səhər saatlarından başlayaraq iki saat müddətinə güclü yağış yağıb.
Hər tərəfi dağlarla əhatə olunan kəndə güclü sel gəlib. Kəndin daxilindən axan çay daşaraq sakinlərin əsas istifadə etdiyi yolu yararsız vəziyyətə salıb. Sakinlərin sözlərinə görə kənd daxili 4.2 km-lik yoldan hazırda istifadə etmək qeyri-mümkün hala gəlib.
Bizim.Media-nın yerli bürosu məsələ ilə əlaqədar kənd bələdiyyəsi ilə əlaqə saxlayıb.
Bildirilib ki, kəndin əsas yolunu sel-suların dağıtması barədə rayon Fövqəladə Hallar Komissiyasına məlumat verilib. Lakin hələlik nə texnika verilib, nə də gəlib maraqlanan olub.
Məsələ ilə bağlı rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hadisədən xəbərdardırlar və yaxın günlərdə sel-suların yaratdığı fəsadlar aradan qaldırılacaq.
Bizim.Media
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO












