Səmada təhlükəsizlik: Bakıda təhlükəli yüklərin daşınması müzakirə olunub - FOTO

Mayın 29-dan 30-dək Bakıda “Təhlükəli yüklərin daşınması” mövzusunda təlim-praktiki seminar keçirilib. Tədbir Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şurasının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə əməkdaşlığı və “Silk Way West Airlines” şirkətinin dəstəyi ilə təşkil olunub.
Seminarda regionun aviasiya idarələri, aviaşirkətləri və hava limanlarından 100-dən çox mütəxəssis iştirak edib. Tədbirin keçirilməsində məqsəd təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasının təmin edilməsinə praktiki yardım və dəstək göstərməkdir.
Seminarda aviaşirkətlərin təcrübəsinə əsaslanan təhlükəli yüklərin daşınması xüsusiyyətləri, təhlükəsizlik risklərinin qiymətləndirilməsi, litium batareyaların daşınması zamanı risklərin azaldılması tədbirlərinin hazırlanması, peyvəndlərin hava yolu ilə daşınmasının xüsusiyyətləri, insidentlər haqqında məlumatların mübadiləsi üçün IATA proqramı və səriştəyə əsaslanan kadr hazırlığı və qiymətləndirilməsi məsələləri daxil olmaqla müxtəlif aspektlərə baxılıb.
Seminar çərçivəsində regionda təhlükəli yüklərin daşınmasının aktual problemlərinə həsr olunmuş dəyirmi masa da təşkil olunub. İştirakçılar tərəfindən müxtəlif kateqoriyalı təhlükəli yüklərin daşınmasının təhlükəsizliyinin təmin edilməsi, onların düzgün etiketlənməsi, qablaşdırılması, saxlanılması və hava limanlarında daşınması ilə bağlı praktiki tapşırıqlara xüsusi diqqət yetirilib.
Seminar hibrid formatda keçirilib.
Seminarın təşkilatçıları təhlükəli yüklərin təhlükəsiz daşınması sahəsində iştirakçılar arasında əlaqə şəbəkəsinin genişləndirilməsinə və əməkdaşlığa töhfə verən yüksək səviyyədə qarşılıqlı əlaqə və təcrübə mübadiləsini qeyd ediblər.
Sonda bütün iştirakçılar materialın uğurla mənimsənilməsini təsdiq edən sertifikatları əldə ediblər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












