Şəmkir sakini "Kalaşnikov"u 2000-ə satarkən saxlanıldı - FOTO

Şəmkirdə “Kalaşnikov” satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 2000 manata satmaq istəyən, rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Aslanov tutulub. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 16 ədəd 7.62 mm-lik patron aşkar edilib. Baxış zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə olan heroin də müəyyən olunaraq götürülüb.
Bundan başqa Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının cari ilin yanvar ayında qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində ümumilikdə rayon sakinlərinə məxsus 29 ədəd müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sahibləri ilə porfilaktiki söhbət apararaq barələrində qanunamüvafiq tədbir görən polis əməkdaşları zəruri kompleks əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.


Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











