Şəmkirdə “Kalaşnikov” satmaq istəyən şəxs tutulub - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 1500 manata satmaqda şübhəli bilinən, rayon sakini Malik Sadıqov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 23 ədəd 7.62 mm-lik patron aşkar edilib. B. Sadıqov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədi ilə saxladığını etiraf edib.
Bundan başqa Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Seymur Hacıyev də saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 500 qrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!













