Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıblar - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Allahyar Məmmədov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Üzərindən heroin aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni Elxan adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Allahyar Məmmədova narkotik maddəni 20 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elxan Əliyev də saxlanılıb. Üzərindən heroin aşkar edilən E.Əliyev istintaqa təhvil verilib.
Şöbə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində saxlanılan rayon sakini Firuddin Məmmədovdan isə heroin və şprislər aşkar olunaraq götürülüb.
Faktlarla bağlı polis şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















