Sənədsiz evlərin taleyi necə olacaq? - AÇIQLAMA

"Sənədsiz evlərin mövcudluğu ölkəmiz üçün həssas problemdir. Ölkəmizdə 500 mindən çox sənədsiz ev var. Bu məsələ əhalini də çox maraqlandırır. Ona görə ki, onların sənədsiz evlər üzərində sərəncam vermək hüququ olmur".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.
O bildirib ki, hər bir insan yaşadığı mənzilin, fərdi yaşayış evinin, əmlakının sənədləşdirilməsində maraqlıdır: "Sənədin olmaması gələcəkdə müəyyən problemlər yaradır. Hələ də sənədsiz evlərin sayı çoxdur. Milli Məclisin bir sıra iclaslarında əmlak amnistiyasının elan olunmasını təklif etmişəm. Burada da müəyyən çətinliklər var. O baxımdan ki, əmlaklar arasında fərq var. Belə ki, təyinatına uyğun olmayan, mühafizə zolağı altında olan torpaqlar üzərində qanunsuz tikilmiş evlər var. Vaxtilə vətəndaşın qanunsuz ev tikməsinə hər hansı bir dövlət qurumu göz yumub, nəticədə belə sənədsiz evlər tikilib. Düşünürəm ki, bu məsələ əmlak amnistiyası vasitəsilə deyil, mərhələli şəkildə öz həllini tapmalıdır. Qanunvericilikdə də işlər görülür. Cənab Prezidentin müvafiq sərəncamları ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilmiş dəyişikliklərlə sənədsiz evlərin dairəsinin azalması istiqamətində sənədlər qəbul olunur. Bu məsələ mərhələli şəkildə həyata keçirilməlidir. Qeydiyyat aparılmalı, qayda-qanun olmalıdır".
Deputat qeyd edib ki, 2019-cu ildən etibarən ölkə üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən siyahıyaalınma prosesi həyata keçirilməyə başlanıldı:
"Pandemiya dövründə bu proses dayandırıldı. Həmin işlər yenidən bərpa olunub, siyahıyaalınma prosesi davam etdirilir. Düşünrəm ki, siyahıyaalınma məsələləri bitəndən sonra hər hansı bir qərarın qəbul olunmasından danışa bilərik. Evlərin kortəbii şəkildə sənədləşdirilməsinə qərar verilməsi müəyyən problemlərə gətirib çıxara bilər. Bu sayda evlərin, mənzillərin, fərdi yaşayış evlərinin birdən-birə sənədləşdirilməsi vaxt, maliyyə və resurs tələb edir. Ümumiyyətlə, gələcəkdə sərt məhdudiyyətlər qoyulmalıdır ki, sənədsiz evlərin yaranmasına imkan olmasın".
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











