Şeremetyevoda yanan təyyarənin pilotuna hökm oxundu - FOTO - VİDEO

Rusiyanın Şeremetyevo aeroportunda sərt eniş edən “SSJ-100”ün pilotu Denis Yevdokimov altı il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Belə bir cəzanı dövlət ittihamçısı tələb edib.
Hakim, həmçinin, iki zərərçəkmişin hər birinin 1,5 milyon rubl təzminat tələbini təmin edib. Bundan başqa, Yevdokimova üç il müddətinə təyyarə idarə etmək qadağası qoyulub.
“Məhkəmə Yevdokimovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi (yol hərəkəti təhlükəsizliyi qaydalarını pozma) ilə təqsirli bilinərək, ona altı il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza kəsilməsi barədə qərar çıxarıb”, - deyə hakimin qərarında elan edilib.
Qeyd edək ki, söhbət 2019-cu ilin 5 may tarixində Moskvada baş verən faciədən gedir. Həmin vaxt Murmansk istiqamətində hərəkət edən “Sukhoi Superjet 100” (“SSJ-100”) təyyarəsi 28 dəqiqəlik uçuşdan sonra təcili olaraq Şeremetyevoya qayıdıb və sərt eniş edib. Eniş zamanı təyyarənin şassisi qırılıb və mühərriklər alovlanıb. Fəlakət nəticəsində təyyarədə olan 78 nəfərdən 41-i həlak olub.
oxu.az
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











