Sərhəddə avtomobillərin saxlanılmasına aydınlıq gətirilib - RƏSMİ

Bu gün sosial şəbəklərdə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə digər qonşu ölkələrə getmək istəyən bir neçə boş yük və yüngül minik nəqliyyat vasitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda saxlanılması və ölkəyə buraxılmamasına dair iddiaların yer aldığı videogörüntülər yayımlanıb.
Rusiya-Azərbaycan sərhədindəki neytral ərazidə dayanan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən çəkilərək yayımlanan videogörüntülərdə nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən qanunsuz olaraq buraxılmadığı iddia olunur.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib ki, həmin nəqliyyat vasitələri gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyərkən həyata keçirilən pasport nəzarəti zamanı sürücülərin quru sərhədləri vasitəsilə ölkəyə gəlmək üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Belə ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən quru sərhədindən yalnız bu qurum tərəfindən verilən icazə sənədi əsasında və ya qanunvericilikdə müəyyən olunan hallarda keçmək mümkündür. Araşdırma zamanı həmin nəqliyyat vasitələrinin iddia edildiyi üzrə beynəlxalq yükdaşımalarla məşğul olduqlarına dair müvafiq sənədlərə malik olmadığı da üzə çıxıb.
Üstəlik həmin şəxslərin nəqliyyat vasitələrini Azərbaycan Respublikasında rəsmiləşdirmək məqsədilə ölkəyə gətirdikləri müəyyən edilib ki, bu halda da dövlət sərhədini keçmək üçün rəsmi qurumların icazəsi tələb olunur
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tətbiq edilən qaydalara əsasən gömrük sərhədini quru yolu ilə keçmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən xüsusi icazə sənədinin sərhəddə fəaliyyət göstərən qurumlara təqdim olunması mütləqdir.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












